Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xabi Alonso ''Liverpul''a, Zidan ''Real Madrid''ə?

Xabi Alonso ''Liverpul''a, Zidan ''Real Madrid''ə?

Tarix: 25 Noyabr 2025 13:52

"Real Madrid"in baş məşqçisi Xabi Alonsonun İngiltərəyə qayıda biləcəyi iddia olunur.

Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis "Liverpul" klubunun diqqət mərkəzinə düşüb. Bildirilib ki, Alonsonun Madrid klubunda verdiyi bəzi taktiki qərarlar komanda daxilində narazılıq yaradıb.

Bir sıra futbolçuların baş məşqçinin yanaşmalarını qəbul etməkdə çətinlik çəkdiyi irəli sürülür.

Mənbələrə əsasən, Xabi Alonso "Real Madrid"dən ayrılmağa hazırdır və özünü "Liverpul"un baş məşqçisi kimi görməyə müsbət yanaşır.

İddialara görə, Alonso postunu tərk edəcəyi halda, "Real Madrid" rəhbərliyi Zinəddin Zidanını yenidən müvəqqəti baş məşqçi kimi komandanın önünə gətirməyi planlaşdıra bilər.

Qeyd edək ki, "Real Madrid" son üç oyunda qalib gəldə bilməyib.

Hüseyn


Etiketlər:  Xabi Alonso Liverpula Zidan Real Madridə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ