Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2025 20:30
Müğənni Serdar Ortaç ilə irlandiyalı keçmiş həyat yoldaşı Xloye Luqnan arasında davam edən gərginlik yeni iddialarla yenidən gündəmə gəlib.
Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün boşanmadan sonra ortaya çıxan təzminat mübahisəsi bu dəfə daha qalmaqallı məlumatlarla müşahidə edilir. 2019-cu ildə ayrılan tərəflər arasında Ortaçın ödəməli olduğu 1 milyon lirəlik təzminat səbəbindən uzun müddətdir narazılıq yaşanır. Məşhur müğənni maddi çətinliklər səbəbi ilə ödənişləri gecikdirdiyini etiraf etmişdi. Gecikmələrə görə Xloye Luqnanın onun evinə girov göndərdiyi bildirilir ki, bu da tərəflər arasındakı gərginliyi daha da dərinləşdirib.
Girov qərarına əsəbiləşən Serdar Ortaç Xloyenin "Sonra gəlib götürərəm" dediyi brend çanta, ayaqqabı və geyimlərini topladaraq 7 zibil torbasına doldurub. Daha sonra sürücüsünə bu torbaları İstanbulun kasıb məhəllələrində paylamağı tapşırdığı bildirilib.
Məlumata görə, Xloye Luqnan baş verənlərdən xəbər tutduqdan sonra böyük narahatlıq keçirib.
Qeyd edək ki, Serdar Ortaç 2010-cu ildə məşhurlaşan "Poşet" mahnısını da həmin dövrdə onu incidən sevgilisinə həsr etmişdi.
Hüseyn