Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2025 01:30
72-ci dəqiqədə Skot Maktominey dubla imza atır.
-----------
66-cı dəqiqədə Skot Maktominey hesabı açır.
----------
55-ci dəqiqədə Mateuş Koxalski qapımıza təyin olunan penaltini ustalıqla dəf edir.
-----------
Matç başladı.
--------------
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək.
Sonxeber.net xəbər verir ki, komanda İtaliyada "Napoli" ilə üz-üzə gələcək.
"Stadio Diego Armando Maradona" stadionunda baş tutacaq V turun qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Matçın baş hakimi polşalı məşhur FIFA referisi Şimon Marçinyak olacaq.
"Qarabağ" Liqa mərhələsində 7 xalla 15-ci pillədə qərarlaşıb. Neapol klubu 4 xalla 24-cü sıradadır.
Qeyd edək ki, Azərbaycan çempionu daha əvvəl turnirdə Portuqaliyanın "Benfika" (3:2), Danimarkanın "Kopenhagen" (2:0) komandalarını məğlub edib. İspaniyada "Atletik"ə uduzan (1:3) "köhlən atlar" Bakıda İngiltərə təmsilçisi "Çelsi" ilə bərabərə qalıb - 2:2.