Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BDU-nun bufetindən yayılan görüntülər müzakirələrə yol açdı - VİDEO

BDU-nun bufetindən yayılan görüntülər müzakirələrə yol açdı - VİDEO

Tarix: 26 Noyabr 2025 00:42

Ali məktəblərdə tələbələrin ən çox yığışdığı məkanlardan biri də bufetlərdir. Azərbaycanın ən böyük ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin hər korpusunda ayrıca bufet fəaliyyət göstərir. Tələbələr iddia edirlər ki, universitetin bufetində satılan  qidaların keyfiyyəti ilə qiyməti adekvat deyil, bahadır. Bəzi qidalar isə ümumiyyətlə onların ürəyincə deyil. 

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, sosial şəbəkələrdə bununla bağlı yayılan görüntülərdə BDU-nun tələbəsi sezar rollun içərisində inqridentlərin tam daxil edilmədiyini, qiymətinin isə baha olduğunu iddia edir.

Görüntülərdəki iddialara aydınlıq gətirmək üçün yol aldıq Bakı Dövlət Universitinə. Əvvəlcə tələbələrlə görüşdük. Kimi universitetinin bufetindən razı, kimi narazı olduğunu ifadə etdi.

Baki Dövlət Universitetinin yeməkxanaları üzrə layihə rəhbəri Taleh Orucəliyev qeyd edib ki, bufetlərin hər birində tələbələrin gündəlik qida rasionuna diqqət edilir və sanitar gigiyenik qaydalar əsas şərtlərdən biridir.

Sosial şəbəkələrdə yayılan videogörüntüdəki sezar rolla bağlı sualımıza isə cavab verilmədi.

Daha ətraflı videomaterialı təqdim edirik.


Etiketlər:  bufetindən yayılan görüntülər müzakirələrə açdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ