Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2025 09:35
Xalq artisti Mehriban Zəki sosial şəbəkədə ona qarşı edilən dələduzluq cəhdilə bağlı xəbərdarlıq edib.
Milli.az-ın məlumatına görə, aktrisa bildirib ki, özünü "Kapital Bank" əməkdaşı kimi təqdim edən naməlum şəxs tərəfindən "WhatsApp" vasitəsilə ona zəng edilib.
Mehriban Zəki həmin nömrələri paylaşaraq izləyicilərini daha diqqətli olmağa çağırıb. O həmçinin qeyd edib ki, şəxsi məlumatlarını həmin şəxslərə təqdim etməyib və ehtiyatlı davranaraq aldatmağa imkan verməyib.