Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2025 10:28
"OpenAI" ChatGPT-nin yenilənmiş versiyasını təqdim edib.
Sonxeber.net xəbər verir ki, yeni sistem istifadəçilərə məhsul seçimi və hədiyyə tapmaq üçün xüsusi alış-veriş bələdçisi yaradır. Sorğu daxil olduqdan sonra "ChatGPT" avtomatik araşdırma aparır, suallar verir və əvvəlki yazışmaları nəzərə alaraq ən uyğun məsləhətləri təqdim edir.
Yenilik xüsusilə elektronika, kosmetika, ev-mətbəx avadanlıqları və idman ləvazimatları üzrə daha dəqiq nəticə göstərir. Sistem məhsulları müqayisə edir, qiymət-dəyər analizi aparır və ən aktual məlumatlara əsaslanır.
Prosesi sual verməklə və ya "alış-veriş araşdırması" funksiyasını seçməklə başlamaq mümkündür. Hələlik sifariş üçün mağaza saytına keçid lazımdır, lakin gələcəkdə "Instant Checkout" funksiyası bu mərhələni də avtomatlaşdıracaq.