Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyəli futbolçu İtaliya nəhənginə transfer olunur

Türkiyəli futbolçu İtaliya nəhənginə transfer olunur

Tarix: 26 Noyabr 2025 14:34

Türkiyə millisinin və Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun müdafiəçisi Merih Demiral karyerasını İtaliyada davam etdirə bilər.

Milli.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, 27 yaşlı futbolçu "Roma"nın qış transfer siyahısında yer alıb. "Canavarlar" qış pəncərəsində müdafiəçini komandaya qatmaq niyyətindədir və hazırda tərəflər arasında ilkin danışıqlar aparılır.

Merih Demiral karyerası ərzində "Alkanenense" və "Sportinq" (Portuqaliya), "Alanyaspor" (Türkiyə), "Sassuolo", "Yuventus" və "Atalanta" (İtaliya) klublarında çıxış edib. 2023-cü ildən etibarən isə Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunda oynayır.

Onun "Əl-Əhli" ilə mövcud müqaviləsi 2026-cı il iyunun 30-dək qüvvədədir.

Hüseyn


Etiketlər:  Türkiyəli futbolçu İtaliya nəhənginə transfer olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ