Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2022 23:56
Cəlilabad şəhərində nəzarətsiz qalan azyaşlı, kimyəvi həlledici (rastvoritel) içib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Cavadxan küçəsində qeydə alınıb.
3 yaşlı Leyla Tahir qızı Bazarova boyaya qatılan kimyəvi həlledici içib.
Azyaşlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilkin tibbi yardım göstərilib.
O reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlər azyaşlının vəziyyətini ağır qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır.