Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2022 13:06
Türkiyə 19 noyabrdan 20 noyabra keçən gecə "Pəncə-Qılınc" hava hərəkatını gerçəkləşdirdi, terrorçuların doxsana yaxın mövqeyi yerlə bir oldu. Mövqeləri darmadağın olan terrorçular isə indi quduz it kimi ölkəmizə hücum edirlər.
Sonxeber.net xəbər verir ki, bu sözləri Axar.az-a PKK terrorçularının Suriyanın şimalından Qaziantep şəhərinin Karkamış rayonuna raket atması haqqında danışan Türkiyənin istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ deyib.
Başbuğ terrorçulara qarşı "Pəncə-Qılınc" hava hərəkatının arxasınca mütləq şəkildə quru hərəkatının da keçiriləcəyini bildirib:
"Edilən terror hücumlarının əsas məqsədi Türkiyəyə əngəl olmaqdır. "Pəncə-Qılınc" hava hərəkatı qarşıda planlaşdırılan quru hərəkatının önünü açmaq üçün həyata keçirilib. Çünki heç bir hava hərəkatı quru hərəkatı ilə dəstəklənmədən tam uğur qazana bilməz. Quru hərəkatı mütləq olacaq. Əməliyyatın keçirilmə vaxtı və məkanı haqqında dövlət özü qərar verəcək".
Polkovnik Türkiyənin belə terror hücumları qarşısında heç vaxt diz çökməyəcəyini vurğulayıb:
"Terrorçular üçün qarşısındakının yaşlı, qadın və uşaq olmasının heç bir fərqi yoxdur. Hər kəs bunlar üçün hədəfdir. Çünki heç bir dəyərləri yoxdur. Amma Türkiyə belə hücumlarla diz çökəcək ölkə deyil. Vətəndaşlarımızın axıdılan qanını yerdə qoymayacaq gücə sahib dövlətimiz və hərbi gücümüz var. PKK və onu dəstəkləyənlər bununla heç bir şeyə nail ola bilməz. Kimin niyə etdiyi bəllidir. Bizi gözləsinlər, nə edəcəyimizi yaxında görəcəklər".
Qeyd edək ki, dünən YPG/PKK terror təşkilatının Türkiyənin Kilis şəhərinin Öncüpınar sərhəd-keçid məntəqəsinə gerçəkləşdirdiyi raket hücumu zamanı səkkiz nəfər təhlükəsizlik əməkdaşı yaralanıb. Bu gün isə YPG/PKK Suriyanın şimalından Türkiyənin Qaziantep şəhərinin Karkamış rayonuna 5 raket atıb. Terror aktı zamanı üç nəfər ölüb, on nəfər isə yaralanıb.