Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2022 17:56
Braziliyanın yeni seçilmiş prezidenti Lula de Silva bazar günü Sirio Libanes xəstəxanasına yerləşdirilib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, qırtlaq xərçəngindən əziyyət çəkən Silva səs telindəki leykoplakiyanı çıxarmaq üçün larinqoskopiya olunub.
"Prosedur zamanı yeni törəmə aşkar edilməyib", - deyə prezidentin nümayəndəsi bildirib.
Onun artıq evə buraxıldığı vurğulanır.
Qeyd edək ki, Lula hələ seçki kampaniyası zamanı səsinin boğulmasından şikayətlənirdi.