Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2019 10:40
Azərbaycanın idman gimnastı Marina Nekrasova Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Qol.az xəbər verir ki, 24 yaşlı idmançı buna Almaniyanın Ştutqart şəhərində keçirilən dünya çempionatında nail olub.
Bu, Azərbaycanın 8-ci lisenziyası olub. Bunadək son olaraq Ruslan Lunyov pnevmatik tapança ilə 25 metr məsafəyə atəşaçmada Tokio-2020 XXXII Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edib.
Ona qədər isə sərbəst güləşçi Şərif Şərifov (97 kq), qadın güləşçi Mariya Stadnik (50 kq), atletikanın çəkicatma növündə Anna Skidan, üzgüçü Maksim Şemberev (400 metr), eləcə də bədii gimnastikada çoxnövçülük üzrə fərdi qaydada Zöhrə Ağamirova və qrup komandası “Tokio-2020”yə vəsiqə qazanıblar (Report).