Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezidentin Belqradda rəsmi qarşılanma mərasimi olub - FOTO

Prezidentin Belqradda rəsmi qarşılanma mərasimi olub - FOTO

Tarix: 23 Noyabr 2022 14:09

Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiyanın paytaxtı Belqradda rəsmi qarşılanma mərasimi olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycanın və Serbiyanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycanın və Serbiyanın Dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Serbiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycanın dövlət və hökumət nümayəndələri isə Prezident Aleksandar Vuçiçə təqdim edildi.

Milli.Az


Etiketlər:  Prezidentin Belqradda rəsmi qarşılanma mərasimi olub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ