Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Meyxanaçımız Kondoliza Raysın dəvəti ilə ABŞ-da olub - ''Bir ay orda qaldım''

Meyxanaçımız Kondoliza Raysın dəvəti ilə ABŞ-da olub - ''Bir ay orda qaldım''

Tarix: 23 Noyabr 2022 15:55

Tanınmış meyxana ustadı Namiq Məna 2005-2009 illərin arasında isə ABŞ dövlət katibi olmuş Kondoliza Rays tərəfindən ABŞ-a dəvət olunduğunu açıqlayıb.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu barədə o, "Səhər Mərkəzi" proqramına qonaq olarkən deyib. Sənətçi bildirib ki, bu səbəbdən 1 ay Amerikada olub:

"Amerikaya dəvət etmişdi. Bizim səfirimiz məlumat verdi. Orada 1 ay qaldıq. Bu janrı təmsil etdik. Bunların hamısı bizə göstərilən ehtimad idi. İstəyirik ki, bu janrı cəmiyyətə olduğu kimi təqdim edək. Dövlətin bu janra diqqəti böyükdür. Özüm Novruz bayramlarında Prezident qarşısında çıxış etmişəm, "Tərəqqi" medalı almışam. 

Meyxanaya sevgi böyükdür. Qüsurları ona görə də çox gözə görünür. Bəzi sənətçi, bəstəkar, aparıcılar var ki, meyxanaçıları qısqanırlar. İstəyirlər ki, bu sahə üzərinə neqativ toplasınlar".


Etiketlər:  Meyxanaçımız Kondoliza Raysın dəvəti ilə ABŞ olub orda qaldım


RƏYLƏR