Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2022 19:04
19:00
Qətərdə keçirilən dünya çempionatının E qrupunda I tura start verilib.
Turun ilk oyununda sensasiya qeydə alınıb. Yaponiya millisi Almaniyanı 2:1 hesabı ilə məğlub edib.
Hesabı 33-cü dəqiqədə Bundestimdən İlkay Gündoğan açıb. İngiltərənin "Mançester Siti" klubunda çıxış edən yarımmüdafiəçi penaltini dəqiq yerinə yetirib. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıda əzmkarlıq nümayiş etdirən Asiya təmsilçisi 2 qol vuraraq, sensasiyaya imza atıb. 75-ci dəqiqədə Ritsu Doan hesabı bərabərləşdirib. Cəmi 8 dəqiqə sonra isə Takuma Asano görüşdə son nöqtəni qoyub.
Yaponiya yığması bu qələbədən sonra 3 xalla ilk pilləyə yüksəlib. E qrupunun ikinci oyununda İspaniya yığması Kosta Rikanı sınağa çəkəcək.
---------
18:51
Qətərdə keçirilən dünya çempionatında Almaniya və Yaponiya yığmaları arasında E qrupunun I tur oyununda 3-cü qol vurulub.
83-cü dəqiqədə Takuma Asano Asiya təmsilçisini önə çıxarıb - 2:1.
--------
18:42
Qətərdə keçirilən dünya çempionatında Almaniya və Yaponiya yığmaları arasında E qrupunun I tur oyununda ikinci qol vurulub.
75-ci dəqiqədə Asiya təmsilçisindən Ritsu Doan tarazlığı bərpa edib - 1:1.
----------
17:35
Qətərdə keçirilən dünya çempionatında Almaniya və Yaponiya yığmaları arasında E qrupunun I tur oyunu başlayıb.
Bundestimin heyətində İlkay Gündoğan 33-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.
----------
17:00
Qətərdə keçirilən DÇ-2022-nin daha bir favorit mübarizəyə qoşulub.
Sonxeber.net bildirir ki, Almaniya yığması mundialda ilk oyununa çıxıb.
E qrupunda yer alan Hans-Diter Flikin yetirmələri ilk sınağında Yaponiya ilə üz-üzə gələcək. Çempion kimi yollandığı DÇ-2018-də qrupda qalan, AVRO-2020-də 1/8 finalda büdrəyən Bundestim ardıcıl uğursuzluqları Qətərdə unutdurmalıdır. Asiyalılar isə doğma qitədə, sensasiyaların qeydə alındığı mundialda hamını təəccübləndirmək üçün mübarizə aparacaq.
Qeyd edək ki, E qrupunda turun digər qarşılaşmasında İspaniya ilə Kosta-Rika görüşəcək. Bu oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
DÇ-2022, qrup mərhələsi
23 noyabr, I tur
E qrupu
17:00. Almaniya - Yaponiya