Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2022 08:45
Ermənistanın müdafiə naziri Suren Papikyan və rusiyalı həmkarı Sergey Şoyqu arasında qısa söhbət olub.
Bu barədə Ermənistanın müdafiə naziri feysbukda yazıb.
"İclasdan (KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclası - red.) dərhal sonra Rusiya Federasiyasının müdafiə naziri ilə qısa ayrı söhbətim oldu. Biz Sergey Şoyqu ilə ikitərəfli maraq doğuran bir sıra məsələlər, eləcə də müdafiə sahəsində əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq", - S.Papikyan qeyd edib.
Qeyd edək ki, noyabrın 23-də Ermənistanın paytaxtı İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin milli təhlükəsizlik şuraları katiblərinin, xarici işlər və müdafiə nazirlərinin iştirakı ilə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclası keçirilib.