Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Tarix: 7 Oktyabr 2019 12:36

Bakı. Trend:

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. Trend həmin məlumatı təqdim edir:

EUR.

Amerika ilə Avropa Birliyi (AB) arasında da ticarət böhranın növbəti gərgin səviyyəyə yüksəlməsi, Avrozonada iqtisadi gözləntilərə mənfi təsir etməklə yanaşı, EUR/USD məzənnəsi üzrə satış proqnozlarını da artırır. Təhlillər məzənnənin 1.08$-a düşəcəyini ehtimal etməyə əsas verir.

Bununla yanaşı, cümə axşamı Bakı vaxtı ilə saat 10:00-da Almaniyanın xarici ticarətinə və saat 16:30-da ABŞ-dan açıqlanacaq inflyasiyaya dair önəmli fundamental məlumatlar da bu həftə önəmli rol oynayacaqdır.

GBP.

İngiltərə hökümətinin oktyabrın 31-də planlaşdırdığı Breksit üzrə AB ilə sazişin razılaşdırılması üçün verdiyi təkliflərin qəbul edilməməsi də iqtisadi riskləri artırır. Bu, avro ilə yanaşı, funt- sterlinqə də mənfi təsir etməkdədir. Sazişsiz Breksitdən sonra yarana biləcək iqtisadi xaos haqqında artıq hökümət xəbərdarlıq sənədi paylaşıb. Beləliklə, GBP/USD məzənnəsinin 1.24$-ın altında qaldıqca, 1.22$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

Cümə axşamı saat 12:30-da İngiltərənin iqtisadi inkişafı və sənaye sektoru ilə bağlı açıqlanan fundamental göstəricilər də investorların diqqət mərkəzindədir.

TRY.

USD/TRY məzənnəsi 5.68TL-də güclü dəstək görməkdədir və bu səviyyənin üzərində qaldıqca, yenidən 5.76TL-yə kimi bahalaşa biləcəyi proqnozları gündəmdə qalmaqdadır. Cümə günü saat 11:00-da isə Türkiyədən xarici əməliyyatlar balansı ilə bağlı dərc ediləcən fundamental göstərici də məzənnəyə güclü təsir edəcək.

OIL.

Enerji birjalarında Avropanın Brent markalı neftinin bir barel qiyməti son iki ticarət günüdür bahalaşır və 62$-a kimi də dəyər qazana bilər. Bahalaşmaya səbəb İraqın neft hasilatı regionlarında iğtişaşların artması və Amerikanın neft qurğularının sayında azalmadır.

Çərşənbə günü saat 18:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatların da qiymətlərə güclü təsir edəcəyi gözlənilir.

GOLD.

ABŞ və Çin arasında ticarət böhranına dair son zamanlar müsbət xəbərlərin yayılması, əlvan metallar bazarlarında da qızıl qiymətinin 1519$-da (48.9 $/qram) müqavimətlə rastlaşmasına səbəb olub. Bir unsiya üzrə qiymət sözügedən səviyyənin altında qaldıqca, yenidən avqust ayının minimumlarına doğru ucuzlaşa bilər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  InvestAZdan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ