Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Krımda 10 iranlı kamikadze dron təlimatçısı öldürülüb

Krımda 10 iranlı kamikadze dron təlimatçısı öldürülüb

Tarix: 25 Noyabr 2022 07:18

Krımda "Şahed-136" kamikadze dronlarını idarə etməyi öyrədən iranlılar öldürülüb.

Milli.Az APA-ya xəbər verir bildirir ki, bu bardə Ukraynanın Milli Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oleksiy Danilov bildirib.

Danilovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Krımda ruslara "Şahed-136" pilotsuz təyyarələrini idarə etməkdə kömək edən iranlıları öldürüb.

Bundan əvvəl İsrail mətbuatı Krımda 10-a yaxın iranlının öldürüldüyü barədə məlumat vermişdi.

"Onlar bizim ərazimizdə idilər. Biz onları bura dəvət etməmişik və əgər onlar terrorçularla əməkdaşlıq edib millətimizin məhvində iştirak edirlərsə, biz onları öldürməliyik", - deyə Danilov bildirib.

Oktyabrın 20-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, iranlı təlimatçılar pilotsuz uçuş aparatlarından istifadə etmək üçün Rusiya Federasiyası ərazisinə gəliblər.

Milli.Az


Etiketlər:  Krımda iranlı kamikadze dron təlimatçısı öldürülüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ