Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məkkədə leysan yağışları iki nəfərin həyatına son qoydu

Məkkədə leysan yağışları iki nəfərin həyatına son qoydu

Tarix: 25 Noyabr 2022 15:26

Səudiyyə Ərəbistanının Məkkə şəhəri və ətraf rayonlarda cümə axşamı səhər saatlarında başlayan güclü yağışlar nəticəsində iki nəfər ölüb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə krallığın eyniadlı əyalətinin hakimiyyət orqanları məlumat yayıb.

Səudiyyə Ərəbistanı Milli Meteorologiya Mərkəzinin məlumatına görə, ən çox yağıntı Ciddə vilayətinin dənizkənarı ərazilərinə düşüb. Güclü yağışlar tufan külək və dolu ilə müşayiət olunub.

Yerli hakimiyyət Məkkəni Ciddə ilə birləşdirən magistral yolu bağlayıb, bu şəhərlərin hava limanlarında uçuşların əksəriyyətini ləğv olunub. Mülki müdafiə xidmətləri əhalini hava şəraitinin normallaşacağına qədər zərurət olmadıqca evlərini tərk etməməyə çağırır.


Etiketlər:  Məkkədə leysan yağışları nəfərin həyatına qoydu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ