Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna qışda hücuma davam etməlidir - Uolles

Ukrayna qışda hücuma davam etməlidir - Uolles

Tarix: 25 Noyabr 2022 20:04

Ukrayna ordusu döyüş meydanındakı üstünlüklərindən yararlanmaq üçün qışda hücumu davam etdirməlidir.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.

"Ukraynalıların təlim, təchizat və ordunun yüksək keyfiyyəti ilə ruhdan düşmüş, pis təlim keçmiş və zəif təchiz olunmuş ruslara qarşı üstünlüklərini nəzərə alsaq, qışda sürətli hücumu davam etdirmək Kiyevin maraqlarına uyğun olardı", - o bildirib.

Uolles qeyd edib ki, Ukrayna hərbçiləri artıq beynəlxalq ictimaiyyətdən 300 min dəst qış forması da alıblar.


Etiketlər:  Ukrayna qışda hücuma davam etməlidir Uolles


RƏYLƏR