Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2022 21:42
Məşhur amerikalı analitik, professor Maykl Doran Türkiyə ilə bağlı diqqətçəkən iddia irəli sürüb.
Sonxeber.net teleqraf.com-a istinadən xəbər verir ki, analitik ABŞ-ın Suriyadan çəkiləcəyini, Türkiyənin isə YPG terror təşkilatını yox edəcəyini bildirib.
"2016-cı ildən bəri eyni şeyi deyirəm və bunun doğruluğu sübut olunacaq. ABŞ Suriyadan çəkiləcək, Türkiyə isə YPG-ni darmadağın edəcək. Ankaranı tənqid edənlər qışqırıb ağlayacaqlar, amma nəticə bəllidir. Bunu əvvəldən dərk etməmək axmaqlığın zirvəsidir", - Doran vurğulayıb.