Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Peyvənd zaman keçdikcə təsirini itirir"

Tarix: 25 Noyabr 2022 23:36

ABŞ Xəstəliklərə Nəzarət Mərkəzləri (CDC) koronavirusdan ölənlərin əksəriyyətinin peyvənd olunduğunu açıqlayıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Baydenin sağlamlıq müşaviri Entoni Fauci deyib.

"Peyvənd zaman keçdikcə təsirini itirir. Koronavirus peyvəndlə qarşısı alına biləcək xəstəlik deyil. Davamlı və müntəzəm peyvənd tələb olunur, çünki xəstəlik daim mutasiyaya uğrayır və dəyişir.

Əhalinin əksəriyyəti peyvənd olunduğuna görə, ən yüksək ölüm nisbəti indi peyvənd edilmiş insanlar arasındadır", - deyə müşavir qeyd edib.

Milli.Az


Etiketlər:  Peyvənd zaman keçdikcə təsirini itirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ