Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2022 08:24
Qətər hakimiyyəti Türkiyə iqtisadiyyatına ən azı 10 milyard dollar sərmayə qoymaq niyyətindədir ki, bunun bir hissəsini rəsmi Ankara 2022-ci ilin sonuna qədər ala bilər.
"Qətər tərəfindən Türkiyə iqtisadiyyatına yeni yatırımlarla bağlı danışıqlar yekun mərhələyə çatıb. Minimum məbləğ 8 milyard dollar nəzərdə tutulub, lakin bu, 10 milyard dollara da çata bilər", - yüksək rütbəli Türkiyə rəsmisi deyib.
Onun sözlərinə görə, Qətər və Türkiyənin hakimiyyət orqanları maliyyələşdirmənin svoplar, avrobondlar və ya başqa şəkildə həyata keçirilməsi barədə razılığa gəliblər. Vəsaitin 2-3 milyard dolları bu ilin sonunadək, qalanı isə gələn il Türkiyə tərəfinə veriləcək.