Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2022 14:24
Hindistanın Uttarxand ştatının Nişni kəndində bəbir beş yaşlı uşağı sürüyərək parçalayıb.
Sonxeber.net bildirir ki, bu barədə NDTV məlumat yayıb.
Pliuş adlı oğlan gəzintidən evə qayıdarkən bəbir ona hücum edərək onu tarlaya sürükləyib. Yerli sakinlər bunu görüb həyəcan təbili çalsalar da, bəbir ağzında qurbanla meşədə onlardan qaça bilib.
Şahidlər uşağı tapana qədər o, artıq ölüb.
Kənd sakinləri iddia edirlər ki, heyvan daim uşağı qoyub getdiyi yerə qayıdır və onlar yeni hücumlardan qorxurlar. Meşə Təsərrüfatı İdarəsinin nümayəndələri yırtıcı heyvanı tutmaq üçün bu ərazidə qəfəs qurublar.
İrfan Vəliyev