Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsmayıllıda at və uzunqulaq əti satılır?

İsmayıllıda at və uzunqulaq əti satılır?

Tarix: 26 Noyabr 2022 20:00

Sosial şəbəkələrdə İsmayıllı rayonunun "Tingçilik" adlanan ərazisində at və uzunqulaq cəsədlərinin qalıqlarının olması ilə bağlı görüntülər yayılıb.

İddia olunur ki, həmin heyvanların ətləri rayonda mal əti adı ilə insanlara satılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, İsmayıllı Rayon Polis Şöbəsinin və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının rayon ərazisində qanunsuz ət kəsiminə qarşı birgə keçirdikləri tədbirlər nəticəsində son aylarda üç fakt aşkarlanıb:

"Həmin əməli törədən şəxslər məsuliyyətə cəlb olunublar, hazırda polis şöbəsinin təhqiqat və istintaq bölməsində müvafiq araşdırmalar davam etdirilir".

O qeyd edib ki, hazırda rayonda yararsız ət satılması ilə bağlı iddialar isə keçirilən monitorinqlər zamanı öz təsdiqini tapmayıb.

Milli.Az


Etiketlər:  İsmayıllıda uzunqulaq əti satılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ