Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Baydenin səfəri zamanı maraqlı olay

Baydenin səfəri zamanı maraqlı olay

Tarix: 27 Noyabr 2022 17:54

ABŞ Prezidenti Co Baydenin Şimali Amerikanın şərq sahillərindəki Nantuket adasına işgüzar səfəri zamanı maraqlı hadisə olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "New York Post"un məlumatına görə, Bayden yoldan keçən zaman qızların pəncərəsinə baxıb.

Təəccüblənən uşaqlar Ağ Evin rəhbərini pəncərələrində gördükdən sonra birlikdə selfi çəkdiriblər.

Prezident mağazanın vitrininə yaxınlaşıb və bir neçə foto üçün gülümsəyib. Bundan sonra sosial şəbəkələrdə ABŞ-ın 46-cı prezidenti ilə şəkillər yayımlanıb.

Bəzi şərhçilər fotonu "qorxunc" adlandırıblar. "DC Patriot" jurnalisti Mindy Robinson bu vəziyyətin "qorxu filmi"nə bənzədiyini qeyd edib.

Milli.Az


Etiketlər:  Baydenin səfəri zamanı maraqlı olay


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ