Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Amerika ordusunun yeni problemi açıqlanıb

Amerika ordusunun yeni problemi açıqlanıb

Tarix: 27 Noyabr 2022 20:02

Amerika ordusu yeni çağırışçılar çatışmazlığı ilə üzləşib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə 19FortyFive yazıb.

Portalın məlumatına görə, amerikalı gənclərin yalnız 23 faizi silahlı qüvvələrin tələblərinə cavab verir. Xüsusilə, namizədlərin işə qəbuldan imtina etməsinə səbəb kimi artıq çəki və cinayət keçmişləri göstərilir.

Nəticədə bu il ABŞ ordusu 10 min yeniyetməni itirib. Bu problemi həll etmək üçün Pentaqon namizədlərə gələcək xidmət üçün formalaşmağa kömək məqsədi ilə bir növ hazırlıq kursları təşkil etməyi planlaşdırır.

May ayında Daily Express ekspertləri ABŞ-dakı piylənmə probleminin ölkənin milli təhlükəsizliyinə təsir edəcəyini bildirmişdilər.

Milli.Az


Etiketlər:  Amerika ordusunun yeni problemi açıqlanıb


RƏYLƏR