Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Noyabr 2022 01:25
"Firuzə İbadova çox yaxşı həyat yaşayıb. Bahalı kürklərini tez-tez dəyişirdi. Allahdan razı olmalısınız. O qədər yaxşı həyat yaşayıb, hər şeyin yaxşısını görmüsünüz. Bunu da xalq bəxş edir, sənətkarını qiymətləndirir".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər "Elgizlə izlə" proqramında deyib. O, verilişdə qonaq olan Əməkdar artist Firuzə İbadovaya söz atıb:
"Bəzi tanınmışlar gəlib oturub şikayət edir: pulum çatmır, kirayədə otururam. Əlacım olsa ona deyərəm ki, xəcalət çəkmirsən? Günlərini görmüşəm, necə yaşamısan. İndi qocalmısan, cavanlığında yaxşı pul qazananda qocalığına pul yığmamsıan. İndi elə gözəl səsli, fərqli müğənnilər çıxıb ki. Gözəl aparıcılar da var. Təsəvvür edin mən qocalmışam, oturum deyim ki, mənə veriliş verilmir? Hər zamanın öz qəhrəmanı olur. Lazım deyil, efirdə ağlamaq ki, o yoxdur, bu yoxdur, acından ölürəm".
F.İbadova isə ona "İndi də yaxşı yaşayıram. Sual verəndə elə sual verin ki, qonaq da yerini bilsin" cavabını verib.
Qeyd edək ki, F.İbadova bir müddət əvvəl evsizlikdən gileylənmiş və tənqid edilmişdi.