Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alveşi arı sancdı - Video

Alveşi arı sancdı - Video

Tarix: 7 Oktyabr 2019 20:04

Braziliya millisinin üzvü Dani Alveş arıların hücumuna məruz qalıb.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, hadisə Braziliya A Seriyasının 23-cü turunda 36 yaşlı müdafiəçinin çıxış etdiyi “San-Paulu”nun evdə “Fortaleza”ya 2:1 hesabı ilə qalib gəldiyi oyunda baş verib.

Alveş künc zərbəsini yerinə yetirməyə gedən zaman bayrağın üzərinə yığışmış arılardan bir qismi ona hücum edib və boyun nahiyəsindən sancıb. Bundan sonra hakim matçı dayandırıb. Rəqib futbolçulardan biri üzünü tutaraq künc bayrağını kənara atıb. Bundan sonra oyun davam etdirilib.


 


Etiketlər:  Alveşi arı sancdı Video


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ