Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2022 17:00
Son zamanlar bir-birindən fərqli obrazlarla diqqət çəkən Xalq artisti Röya Ayxan bu dəfə də təəccübləndirib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, estrada ulduzu Bakının məşhur konsert məkanlarından birində səhnə alıb.
Sənətçi bir neçə gün əvvəl narıncıya boyatdığı saçlarını rəngarəng geyimlə kombinasiya edib.
Onun qızılı rəng uzunboğaz çəkmə və qara plaşı obrazını tamamlayıb.
İfaçının sevilən hitlərini səsləndirərək, izləyicilərə əyləncəli anlar yaşatdığı görüntülər sosial şəbəkədə paylaşılıb.
Sözügedən kadrları təqdim edirik: