Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranın Azərbaycana daha bir xəyanəti üzə çıxdı - VİDEO

İranın Azərbaycana daha bir xəyanəti üzə çıxdı - VİDEO

Tarix: 1 Dekabr 2022 21:21

İran Azərbaycana qarşı çirkin əməllərini davam etdirir. Regionada ölkəmizin artan nüfuzundan qıcıqlanan rəsmi Tehran Qarabağa qanunsuz olaraq 14 nəfərlik qrup göndərib.

İranlıların rusiyalı sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərdə qalan erməni terrorçulara terror-diversiya təlimləri keçmək üçün Qarabağa gəldikləri bildirilir.

İranın xüsusi-xidmət orqanlarının əməkdaşları olduğu deyilən bu şəxslərin Qarabağda qalmış terrorçu dəstələrə İran istehsalı olan silah-sursatdan istifadə üçün təlim keçə biləcəyi də vurğulanır.14 nəfərdən 12-si İranın İzeh şəhərindəndir.

Qeyd edək ki, İzehin daxil olduğu Xuzistan vilayətinin əhalisi arasında ermənilər çoxluq təşkil edir və burada əsas işlək dillər arasında erməni dili də var.

Yayılan məlumatlarla bağlı əvvəlcə İranın Azərbaycandakı səfirliyindən münasibət öyrənməyə çalışdıq. Səfirliyin sözçüsü Əli Musəvi bizimlə sonradan əlaqə yaradacağını desə də, buna əməl etmədi.

Mövzu ilə bağlı danışan siyasi şərhçi, iranşünas Sədrəddin Soltan deyir ki, İran həmişə Qarabağın Ermənistanın nəzarəti altında qalmasını istəyib. Onun sözlərinə görə, rəsmi Tehran separatçılardan Azərbayacana təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Son addımlar da məhz buna hesablanıb.

Sədrəddin Soltan bildirib ki, İran Azərbaycan öz müstəqilliyini bərpa etdikdən indiyə qədər ölkəmizin güclənməsinə qarşı olub. O hesab edir ki, İran Qarabağda yeni münaqişə ocağı yaratmaqla Azərbaycanın diqqətini yayındırmaq istəyir. Çünki Azərbaycanın cənublu soydaşlarımıza mənəvi dəstək göstərməsi İranın yuxusunu ərşə çəkib.

Siyasi şərhçi əlavə edib ki, iranın heç bir hərəkəti azərbaycanın siyasi iradəsini qıra bilməz. Rəsmi Bakı istənilən təxribata cavab vermək gücünə malikdir.


Etiketlər:  İranın Azərbaycana daha xəyanəti üzə çıxdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ