Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2019 10:08
"Qarşıda Slovakiya və Xorvatiya ilə ağır oyunlarımız var. Ancaq baş məşqçi hər şeyə qadir olduğumuzu deyir. Slovakiyada qalib gəlsək, bu, irəliyə doğru atılmış böyük addım olar".
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri Uels millisinin futbolçusu Daniel Ceyms Avro-2020-nin seçmə mərhələsində Slovakiya və Xorvatiya ilə oyunlar öncəsi deyib.
O, Azərbaycana gedəndə çətinlik çəkdiklərini bildirib: "Qrupda qalib gələcəyinizi gözlədiyiniz zaman hər hansı bir komandaya qarşı - Slovakiyaya, Azərbaycana - fərqli atmosferə, meydanlara və mədəniyyətlərə gedəndə, həqiqətən də, çətinlik çəkirsiniz".