Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronar angioqrafiya

Koronar angioqrafiya

Tarix: 3 Dekabr 2022 07:54

Angioqrafiya ürəyin işemik xəstəliklrinin diaqnostikasında "qızıl standart" hesab edilir. Rentgenokontrast məhlulların koronar arteriyalara selektiv yeridilməsi koronar mənfəzin rentgenoloji anatomiyası, stenoz və okklüziya, kollateralların olması haqqında məlumat verir. Hal-hazında Jadkins və Souns üsullarından istifadə edilir.
Koronoqrammanın analizi zamanı ürəyin işemik xəstəliklərində koronar damar mənfəzindəki dəyişiklikləri tam xarakterizə edən bir-neçə əlamətlər qiymətləndirilir. Bunlar aşağıdakılardır:
1. Ürəyin qanla təhcizatının anatomik tipləri:
a)  Sağ koronar tip - insanların 53-60%-ində rast gəlinir. Bu tipdə sağ koronar arteriya sağ mədəcik və qulaqcığı, sol mədəciyin və mədəciklərarası çəpərin arxa səthini qidalandırır.
b) Sol koronar tip - insanların 13-27%-ində rast gəlinir. Bu tipdə sol koronar arteriya ürəyin arxa səthini tamamilə qidalandırır.
c) Bərabər tip - insanların 24-68%-ində rast gəlinir. Bu tipdə ürəyin qidalanmasında sağ və sol koronar arteriyalar bərabər səviyyədə iştirak edirlər.
2.  Zədələnmənin lokalozasiyası:
- sol koronar arteriyanın kökü
- sol koronar arteriyanın ön enən şaxəsi
- sol koronar arteriyanın dolanan şaxəsi
- sol koronar arteriyanın dioqnal şaxəsi
- sağ koronar arteriya
- sağ koronar arteriyanın yan şaxəsi və koronar arteriyaların digər şaxələri.
3. Zədələnmənin yayılması:
- lokal forma
- yayılmış forma
4. Damar mənfəzinin daralma dərəcəsi:
I dərəcə - 50%-ə qədər
II dərəcə - 50-75%-ə qədər
III dərəcə - 75-99%-ə qədər
IV dərəcə - okkluziya (tam tutulma)
Koronar angioqrafiya aparılmasına göstərişlər:
* gərginlik stenokardiyaları
* gərginlik stenokardiyası His dəstəsinin ayaqcıqlarının blokadası ilə
* ağır mədəcik aritmiyaları
* damarlarında operativ əməliyyat apoarılması planlaşdırılan adamlar
* miokardın revaskulyarizasiyası(balon dilatasiyası,aortakoronar şuntlama)
* diaqnozun kliniki və peşəkar baxımdan dəqiqləşməsi
Koronar angioqrafiyaya əks göstərişlər:
* qızdırmalı vəziyət
* ürək ritminin ağır pozulmaları
* kəskin kardiomoipatiya total ürək çatışmazlığı ilə
* beyin qan dövranının kəskin pozulması
* müalicə olunmayan polisistemiya
* yod preparatlarına yüksək həssaslıq.

Milli.Az


Etiketlər:  Koronar angioqrafiya


RƏYLƏR