Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xolersterin (xolesterol) nədir?

Xolersterin (xolesterol) nədir?

Tarix: 3 Dekabr 2022 08:57

XX əsrdə xolersterin haqqında araşdırmalar aparan 13 alim Nobel mükafatı qazanmışdır. Onların araşdırmalarının nəticələri barədə sizləri məlumatlandırmaq istəyirəm.
Xolesterin orqanizm üçün vacib olan bir çox funksiyaları yerinə yetirir. O, hüceyrə membranından xaric olunaraq bütün orqanizmə yayılır. Əgər hücəyrə daxilində xolesterol olmasa, bu bütün hüceyrələrin zəifləməsinə səbəb olur ki, nəticədə də orqanizmdə olan orqanların fəaliyyəti də zəifləyir. O həm də, bədənin tempraturunun normal tənzimlənməsinə yardım edir.
Xolesterin insan orqanizmində D vitamininin sintezində, steroid hormonların sintez olunmasında, böyrəküstü vəzin  hormonlarının (aldesteron, hidrokortizon, kortizol), qadın cinsiyyət hormonlarının və kişi cinsiyyət hormonılarının fəaliyyətində mühüm rol oynayır.
Xolesterol qaraciyər daxili öd turşularının sintezində, lipid yağlarının mübadiləsində və yağ turşularının fəaliyyətində mühüm rol oynayır.
Beyin qan dövranı və immun sistemin fəaliyyətində də xolesterolun rolu var .Onun xərçəng hüceyrələrinə qarşı qoruyucu təsiri olduğu alimlər tərəfindən sübut olunmuşdur.
Xolesterolun 80%-i daxili orqanlar tərəfindən, 20%-i isə qəbul edilən qidalar tərəfindən sintez olunur.
Xolesterin heyvan mənşəli qidalarda olur. Bitki yağında olmur. Ət və ət məhsullarında, süd və süd məhsullarında olan xolesterini siz çoxlu qoz və ya göbələk yeməklə bərpa edə bilməzsiniz. O, ən çox yağlı ətdə, yumurtada, balıqda, krivetkada, qaraciyər və delikateslərdə olur. İnsan orqanizmində xolesterolun miqdarı az olduqda arteriya damarlarında qanın axını zəifləyir və damar divarlarında daralmalar baş verir ki, bu da bəzi xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilir.
Xolesterolun qanda normada olmağı orqanizm üçün böyük əhəmiyyət kəsb edir. Əgər normadan artıq olarsa, insan orqanizmində müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilir. Bunların baş verməməsi üçün xolesterolun qanda olan miqdarını vaxtaşırı yoxlatdırıb, normada saxlanılmasına çalışmaq lazımdır. Qanda xolesterolun miqdarı az olarsa, xolesterollu qidalar yeməklə, çox olarsa bəzi dietalara əməl edərək normal saxlamaq olur. Bu diet aşağıdakılardan ibarətdir:
- həddindən artıq yağlı yeməmək
- rafinə edilmiş ət yeməmək
- balıq və toyuq ətini süd və süd məhsulları ilə əvəz eləmək
- bitki yağları, qoz, yumurta sarısı (yağ mübadiləsini sürətləndirmək üçün)
- sirtus meyvələr, alma və yerkökündən bol istifadə etmək
- sarımsaq, şirin bibər yemək (xolesterol azatmaq qabiliyyətinə malikdirlər).


Etiketlər:  Xolersterin xolesterol nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ