Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2022 04:44
Rusiyanın Amur vilayətində məhkəmə 23 yaşlı gənci bıçaqlayan 21 yaşlı kənd sakinini 8 il yarım müddətinə azadlıqdan məhrum edib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.
İstintaqın məlumatına görə, qız yay aylarında bir kişi ilə tanış olub.
Söhbət zamanı xanım öyrənib ki, həmin şəxs bir neçə il əvvəl onun bacısını öldürən şəxsin qardaşıdır.
Bundan sonra onlar qaraja gediblər.
Burada qız çantasından bıçağı çıxarıb və kişini boynundan vurub.
O aldığı zərbədən xəstəxanada dünyasını dəyişib.
Qız əvvəlcə kişinin onu təhqir etdiyi üçün bıçaqladığını desə də, sonra ifadəsini dəyişərək qətlin səbəbini açıqlayıb.