Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mbappe bu göstəricidə DÇ tarixində rekorda sahib oldu

Mbappe bu göstəricidə DÇ tarixində rekorda sahib oldu

Tarix: 5 Dekabr 2022 08:30

Fransa millisinin üzvü Kilian Mbappe dünya çempionatları tarixində rekorda imza atıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, buna DÇ-2022-nin 1/8 finalında Polşa ilə matçda (3:1) dubl etməklə nail olub.

Nəticədə Mbappe mundialda vurduğu qolların sayın 9-a çatdırıb. Bununla da 24 yaşlı hücumçu rekorda imza atıb. İndiyədək heç bir oyunçu mundialda 24 yaşınadək 9 qol vura bilməyib.

Həmçinin Mbappe mundiallardakı qol sayına görə Argentina yığmasının kapitanı Lionel Messiyə çatıb. Belə göstərici üçün Mbappeyə 11, Messiyə isə 23 matç lazım olub.

Mbappe 2017-ci ildən Fransa millisinin üzvüdür. O, mundiallardakı ilk 4 qolunu Rusiyada keçirilən DÇ-2018-də vurub. Həmin vaxt forvard Fransa millisi ilə dünya çempionu adını qazanıb. Mbappe digər qollarına isə DÇ-2022-də imza atıb.

Milli.Az


Etiketlər:  Mbappe bu göstəricidə tarixində rekorda sahib oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ