Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qarabağ torpağında 30 ildən sonra buğda əkildi - FOTO

Qarabağ torpağında 30 ildən sonra buğda əkildi - FOTO

Tarix: 5 Dekabr 2022 11:50

"Bu il AMEA-nın Genetik Ehtiyatlar İnstitutu üçün çox uğurlu bir il oldu. Otuz ildən sonra ilk dəfə Qarabağ Tədqiqat Bazasında 300-dən çox buğda sortunun geniş miqyasda əkini həyata keçirildi". 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu fikirlər AMEA Genetik Ehtiyatlar İnstitutu Şəki elmi tədqiqat bazasının rəhbəri Coşqun Məmmədova məxsusdur.  

O bildirib ki, Qarabağın bərəkətli torpağına öz əlləri ilə toxum səpmək bir gənc tədqiqatçı alim kimi ona da qismət olub və bu tarixi hadisə yaddaşına xoş xatirə kimi həkk olunub.

Coşqun Məmmədov Qarabağda ilk səpin tədbirində iştirak etdiyini, müvafiq qurumların əməkdaşları ilə fikir və təcrübə mübadiləsi aparıldığını bildirib. 

Gənc alim onu da diqqətə çatdırıb ki, Qarabağda bu il əldə olunan perspektiv sortlardan Səki-Zaqatala iqtisadi rayonunda rayonlaşma qabiliyyətini tədqiq etmək məqsədi ilə tarla sınaq əkinləri aparılıb. Hazırda təcrübə-sınaq prosesi davam edir. 

Milli.Az


Etiketlər:  Qarabağ torpağında 30 ildən sonra buğda əkildi FOTO


RƏYLƏR