Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lavrov Bakıya yeni vəd verdi - FOTO

Lavrov Bakıya yeni vəd verdi - FOTO

Tarix: 5 Dekabr 2022 14:12

Rusiya Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələrinin açılmasına, sərhədlərin delimitasiyasına və sülh müqaviləsinin bağlanmasına yardım etmək niyyətindədir.

Milli.Az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə deyib.

"Biz nəqliyyat əlaqələrinin açılması və sərhədin delimitasiyası, sülh müqaviləsinin bağlanması və ümumilikdə etimad tədbirlərinin gücləndirilməsində maraqlıyıq", - Lavrov vurğulayıb.

O qeyd edib ki, bugünkü görüşün mühüm mövzusu Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 2020-ci ilin 9 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr aylarında əldə edilmiş üçtərəfli sazişlərin və bu ilin oktyabrında Soçi görüşündə imzalanmış sazişlərin icrası məsələsidir.

"Bundan başqa, regionda əməkdaşlıq, Xəzər beşliyi, ATƏT, MDB-də əməkdaşlıq və digər proseslər də gündəlikdədir", - Rusiya XİN başçısı əlavə edib.

***

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.

Milli.Az xəbər verir ki, görüş Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Qəbul Evində keçirilir.

XİN rəhbərləri görüş zamanı ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərini müzakirə edəcək, həmçinin regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsi aparacaqlar.

Görüşün yekunlarına əsasən, Azərbaycan və Rusiya Federasiyası arasında 2023-2024-cü illər üzrə XİN-lərarası məsləhətləşmələr Planının imzalanacağı gözlənilir. 

Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 4-də Rusiyaya işgüzar səfərə yola düşüb.

Milli.Az


Etiketlər:  Lavrov Bakıya yeni vəd verdi FOTO


RƏYLƏR