Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2024 19:12
İndoneziyada tətildə mənzərə fonunda qəşəng şəkil çəkdirmək cəhdi əsl faciəyə çevrilib. Çindən olan turist Huang Lihong həyat yoldaşı Zhang Yonqla birlikdə şəkil çəkdirərkən aktiv vulkana düşüb və ölüb.
Sonxeber.net sfera.az-a istinadən bildirir ki, Huang Lihong 76 metr hündürlükdən yıxılıb.
Lihong və Yong dağın zirvəsindən günəşin doğuşunu izləmək üçün yerli bələdçi ilə yamaca qalxıblar. Lakin qadın foto çəkdirərkən büdrəyərək arxaya yıxılıb.
31 yaşlı qadın İjen vulkanının kraterinə düşüb. Lihongun büdrəyib kənardan yıxıldığı güman edilir. Paltarı qayanın üzərindəki çarxa ilişib onu bir müddət saxlasa da, o daha artıq dayana bilməyib və vulkanın içinə qərq olub.
Dərc olunan fotoşəkillərdən birində turist qadın bir ayağını qaldıraraq vulkanın kənarında poza verir və onun arxasında yüksələn buxar və kükürd dumanlarını görmək olur.
Media qadının vulkanın içərisinə 76 metr hündürlükdən düşdüyünü və cəsədinin çıxarılmasının iki saatdan çox vaxt apardığı bildirilir.
Banyuvangi bölgəsinin mühafizə şöbəsinin rəhbəri hadisənin qəza olduğunu və turistlərin İjen vulkanına dırmaşarkən maksimum təhlükəsizliyə əməl edilməli olduğunu bildirib.
Lihonqun cəsədinin isə Bali adasına aparılması və daha sonra Çinə geri göndərilməsi planlaşdırılır.
Qeyd edək ki, İjen mavi alovu və krater gölü ilə tanınan vulkanlar qrupunun bir hissəsidir (kraterdən axan kükürd dioksid qazının alovlanması və yanması nəticəsində yaranan effekt).