Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynada müharibədə 443 uşaq ölüb, 853-dən çoxu yaralanıb

Ukraynada müharibədə 443 uşaq ölüb, 853-dən çoxu yaralanıb

Tarix: 6 Dekabr 2022 17:38

Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində 443 uşaq ölüb, 853-dən çox uşaq isə yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bunun hələ son siyahı olmadığı bildirilib.

Məlumata görə, bu rəqəmlər Ukraynanın rəsmi olaraq adlarını təsdiqlədiyi uşaqların sayıdır. Hərbi əməliyyatlar davam edən və işğal altındakı bölgələrdə ölən uşaqları saymaq mümkünsüzdür.

Vurğulanıb ki, uşaqlar daha çox Donetsk, Xarkov, Kiyev, Nikolayev, Zaporojye, Xerson, Çerniqov, Luqansk və Dnepropetrovsk vilayətlərində xəsarət alıb. Bombardmanlar nəticəsində 2 719 təhsil müəssisəsinin binasına ziyan dəyib, onlardan 332-si tamamilə dağılıb.

Qeyd edək ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada müharibəyə başlayıb.

Milli.Az


Etiketlər:  Ukraynada müharibədə 443 uşaq ölüb 853 dən çoxu yaralanıb


RƏYLƏR