Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Platininin 4 illik diskvalifikasiyası başa çatdı

Platininin 4 illik diskvalifikasiyası başa çatdı

Tarix: 8 Oktyabr 2019 14:52

UEFA-nın sabiq prezidenti Mişel Platininin diskvalifikasiyası başa çatıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 2015-ci ildə FİFA-nın Etika Komitəsi futbolla bağlı fəaliyyətinə qadağa qoyulan fransalı dörd ildən sonra yenidən bu sahədə çalışa bilər.

Korrupsiyada şübhəli bilinən M.Platini həmin vaxt 8 illik cəza alıb. Buna FİFA-nın sabiq prezidenti Yozef Blatter təşkilatın vəsaitindən fransalının hesabına pul köçürməsi səbəb olub. Sonradan bu cəza 4 ilə qədər azaldılıb.

Qeyd edək ki, 1972-87-ci illərdə futbolçu kimi “Nansi”, “Sent-Etyenn” və “Yuventus” klubları, həmçinin Fransa yığmasında oynamış M.Platini üç dəfə “Qızıl top”a layiq görülüb.

 


Etiketlər:  Platininin illik diskvalifikasiyası başa çatdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ