Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yerli KOB-lar Ciddədə Beynəlxalq sərgidə iştirak edir - FOTO

Yerli KOB-lar Ciddədə Beynəlxalq sərgidə iştirak edir - FOTO

Tarix: 7 Dekabr 2022 14:12

Səudiyyə Ərəbistanının Ciddə şəhərində Beynəlxalq Kənd Təsərrüfatı və Qida Sərgisi keçirilir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Milli.Az-a verilən məlumata görə, agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədovun rəhbərlik etdiyi heyət də sərgidə təmsil olunur.

200-dən çox şirkətin qatıldığı sərgidə Azərbaycan sahibkarlarının məhsul və xidmətləri də təqdim edilir. Belə ki, sərgidə KOBİA-nın Dəstək Proqramı çərçivəsində, "Muğan Bank"ın tərəfdaşlığı ilə yaradılmış xüsusi stenddə müxtəlif çeşiddə Azərbaycan məhsulları sərgilənir. KOBİA-nın stendində yerli KOB subyektlərinin şirniyyat və qənnadı məmulatları, quru meyvələr, şokolad, bitki çayları, eləcə də kənd təsərrüfatı sahəsində konsultasiya xidmətləri və s. nümayiş olunur.

Azərbaycanın stendi yerli əhali və xarici qonaqlar tərəfindən maraqla qarşılanır.

Sərgi dekabrın 7-dək davam edəcəkdir.

Milli.Az


Etiketlər:  Yerli KOB lar Ciddədə Beynəlxalq sərgidə iştirak edir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ