Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“RAUF HACIYEV-100” Musiqi Festivali - VİDEO - FOTO

“RAUF HACIYEV-100” Musiqi Festivali - VİDEO - FOTO

Tarix: 7 Dekabr 2022 14:51

Görkəmli Azərbaycan bəstəkarı və ictimai xadimi Rauf Hacıyevin anadan olmasının 100 illiyinə həsr olunmuş və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı altında keçirilən "Rauf Hacıyev-100" Musiqi Festivalı davam edir. Festival çərçivəsində Heydər Əliyev Sarayında "Bu həyat qədər" adlı Estrada-caz musiqi axşamı keçirildi.

"Bu həyat qədər" musiqi axşamının başlıca konsepti - R.Hacıyevin ən məşhur mahnı və instrumental şedevrlərinin klassik və müasir üslubda ifaları, bu gözəl, misilsiz əsərlərin orkestr və solistlər, klassik müğənni və müasir caz-estrada qrupları  tərəfindən səsləndirilən fərqli ifa təfsirlərinin dinləyicilərə çatdırılması idi. Konsertin rejissoru - Əməkdar incəsənət xadimi Ülviyyə Könül də zəngin işlənmiş video-tərtibat ilə, retro və müasir foto-slaydlar ilə konsertin məzmunlu və maraqlı keçməsində öz rolunu oynadı.

"Bu həyat qədər" konserti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Sarayının, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının dəstəyi ilə baş tutdu. Tədbirdə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı nəzdində Estrada-simfonik orkestri, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, "Qaya" Dövlət Ansamblı, Xalq artistləri Salman Qəmbərov, Azər Zeynalov, Əməkdar artistlər Afaq Abbasova, Zaur Əmiraslanov, Nərgiz Kərimova, xalq-estrada müğənniləri Fəxri Kazım Nicat, Bəyimxanım Vəliyeva, İsfar Sarabski, S.Qəmbərovun "Bakustik Caz" triosu,  gənc caz ifaçıları və heyətləri - Səbinə Hacıyeva, "H3 Collective",  Diana Hacıyeva, "Ahmedovski Trio" rok qrupu və  müğənni-aktyor Vüsal Rzasoy, pop müğənni İlhamə Qasımova iştirak etdilər.

Milli.Az


Etiketlər:  RAUF HACIYEV 100 Musiqi Festivali VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ