Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sumqayıt-Bakı elektrik qatarı piyadanı vurub

Sumqayıt-Bakı elektrik qatarı piyadanı vurub

Tarix: 8 Dekabr 2022 09:24

Sumqayıt-Bakı elektrik qatarı piyadanı vurub.

Sonxeber.net report-a istinadən xəbər verir ki, hadisə bu gün saat 07:25-də Sumqayıtdan Bakıya gələn Sumqayıt-Xırdalan-Bakı elektrik qatarında qeydə alınıb.

Hadisə təxminən səhər saat 07:40 radələrində Abşeron rayon ərazisindən keçən hissəsində baş verib.

Hadisə nəticəsində piyada ölüb.

Maşinist hadisə ilə bağlı sərnişinləri məlumatlandıraraq bildirib ki, hadisəyə görə qatarın hərəkəti yubanacaq. Hazırda hadisə baş verən yerdə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.


Etiketlər:  Sumqayıt Bakı elektrik qatarı piyadanı vurub


RƏYLƏR