Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Hər yerdə, eyni anda” olan Hollivud ulduzu “İlin ikonası” seçildi - FOTO

“Hər yerdə, eyni anda” olan Hollivud ulduzu “İlin ikonası” seçildi - FOTO

Tarix: 8 Dekabr 2022 19:28

"Hər şey, hər yerdə, eyni anda" ("Everything Everywhere All at Once") və "Oturan pələng, gizlənən əjdaha" ("Crouching Tiger, Hidden Dragon") filmlərindəki rolları ilə daha çox məşhurlaşan malayziyalı aktrisa Mişel Yeo "Time" jurnalı tərəfindən 2022-ci "İlin ikonası" seçilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki,  bu barədə nəşrin saytında xəbər verilib.

60 yaşlı aktrisa karyerası ərzində "Geyşanın memuarları" ("Memoirs of a Geisha"), "Eramızın Babili" ("Babylon A.D."), "Mumiya: Əjdaha İmperatorunun Qəbri" ("The Mummy: Tomb of the Dragon Emperor"), "Hədsiz zəngin asiyalılar" ("Crazy Rich Asians"), "Qalaktika mühafizəçiləri 2" ("Guardians of the Galaxy Vol. 2"), "Şanq-Çi və on halqa əfsanəsi" ("Shang-Chi and the Legend of the Ten Rings") və s. kimi filmlərdə rol alıb.

Onun iştirakı ilə son layihə isə rejissor Ceyms Kemeronun çəkdiyi "Avatar: Su yolu" ("Avatar: The Way of Water") filmi olub.

"Yeo həmişə nə istədiyini - özünü göstərmək, artıq təcəssüm olunmuş personajları səsləndirmək, oynamaq, sevmək, kino sehrinin köməyi ilə tamaşaçıya yaxınlaşmaq - bilən qadın olub", - deyə aktrisa barədə məqalədə qeyd olunub.

Milli.Az


Etiketlər:  Hər yerdə eyni anda olan Hollivud ulduzu İlin ikonası seçildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ