Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur müğənni bu səbəbdən tviteri tərk edir

Məşhur müğənni bu səbəbdən  tviteri tərk edir

Tarix: 10 Dekabr 2022 08:04

Britaniyalı əfsanəvi müğənni və bəstəkar Elton Con tviterdən istifadəni dayandıracağını açıqlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda müğənni sosial şəbəkə hesabından açıqlama yayıb.

Musiqiçi bu qərarın səbəbini açıqlayarkən sosial şəbəkə sahiblərinin yeni siyasətinə eyham vurub:

"Həyatım boyu insanları bir araya gətirmək üçün musiqidən istifadə etməyə çalışmışam. İndi dünyamızı parçalamaq üçün dezinformasiyadan necə istifadə edildiyini görəndə çox üzülürəm. Son dəyişiklikləri nəzərə alaraq, mən daha tviterdən istifadə etməyəcəm", - o, qeyd edib.

Milli.Az


Etiketlər:  Məşhur müğənni səbəbdən tviteri tərk edir


RƏYLƏR