Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elton Con “Twitter”dən gedir - FOTO

Elton Con “Twitter”dən gedir - FOTO

Tarix: 10 Dekabr 2022 13:00

Müğənni və bəstəkar Elton Con cümə günü "Twitter" sosial şəbəkəsindən istifadəni dayandıracağını açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, İlon Mask "Twitter"in sahibi olduqdan sonra baş verən dəyişikliklər sosial şəbəkə istifadəçiləri arasında dezinformasiyanın yayılmasını xeyli asanlaşdıracaq.

"Həyatım boyu musiqidən insanları bir araya gətirmək üçün istifadə etməyə çalışmışam. Dünyamızı parçalamaq üçün dezinformasiyadan necə istifadə edildiyini görəndə çox üzülürəm", - o, qeyd edib.

1,1 milyon abunəçisi olan sənətçinin paylaşımını Maskın özü şərh edib.

"Mən sizin musiqinizi sevirəm. Ümid edirəm ki, qayıdacaqsınız", - deyə 75 sosial şəbəkənin yeni sahibi yazıb.

Milli.Az


Etiketlər:  Elton Twitterdən gedir FOTO


RƏYLƏR