Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2022 13:32
Rusiya Qərb ölkələrinin qiymət tavanı tətbiq etmək qərarına cavab tədbirlərindən biri kimi neft hasilatını azaltmağı nəzərdən keçirir.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında deyib.
"Reaksiyamıza gəlincə, mən artıq dedim: biz sadəcə olaraq belə qərarlar verən ölkələrə satmayacağıq. Mən indi demirəm ki, bu, qərardır, lazım gələrsə, hasilatın azaldılmasının mümkünlüyü barədə düşünəcəyik. Bizim OPEK+ ilə məlum hasilat hədəfi ilə bağlı razılaşmamız var. Lazım gələrsə, əlavə nələrsə düşünəcəyik. Mən Rusiyanı nəzərdə tuturam", - Putin bildirib.
Onun sözlərinə görə, Rusiya hazırda cavab variantlarını nəzərdən keçirir, cavabın yekun variantı yaxın vaxtlarda prezidentin fərmanında təsbit olunacaq.