Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2022 08:34
Portuqaliya Futbol Federasiyası və yığmanın məşqçilər korpusu arasında görüş keçiriləcək.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, tədbirdə millinin DÇ-2022-dəki çıxışı müzakirə olunacaq.
Baş məşqçi Fernandu Santuş və komandasının vəzifəsində qalıb-qalmayacağı da bu görüşdə dəqiqləşəcək. Əgər çalışdırıcılar istefaya göndərilsə, onlara 3,75 milyon avro kompensasiya ödəniləcək.
Qeyd edək ki, Portuqaliya mundialın 1/4 finalında Mərakeşə 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.