Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

General Türkiyənin alternativini açıqladı: “ABŞ F-16 satmasa...”

General Türkiyənin alternativini açıqladı: “ABŞ F-16 satmasa...”

Tarix: 13 Dekabr 2022 08:36

"F-16 qırıcılarının satışı ABŞ tərəfindən təsdiqlənməsə, Türkiyə İngiltərədən hərbi təyyarələr ala bilər".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu türk ordusunun təqaüddə olan generalı Ərdoğan Karakuş deyib.

"F-16 qırıcılarının satışı ABŞ tərəfindən təsdiqlənməsə, yalnız bir təyyarə seçilə bilər: "Eurofighter Typhoon". Bu hərbi təyyarə İngiltərə, Almaniya, İspaniya və İtaliyanın birgə istehsalıdır. Amma F-16 ilə bağlı heç bir problem olmayacaq. ABŞ-ın ümumi müdafiə büdcəsi çərçivəsində nəzərdə tutulan bu layihə təsdiqlənəcək. Ona görə də bu mövzuda problem olacağı gözlənilmir", - general bildirib.

Karakuş yerli hərbi təyyarələr istehsal olunana qədər Yunanıstana qarşı mümkün çatışmazlığını aradan qaldırmaq üçün Türkiyənin döyüş təyyarələri almaq istədiyini vurğulayıb:

"Əlbəttə, bunun üçün ən uyğunu F-16-dır. 240-a yaxın təyyarəmiz var. F-16 təyyarələri üçün Türkiyənin hər cür infrastrukturu hazırdır".

Milli.Az


Etiketlər:  General Türkiyənin alternativini açıqladı ABŞ F 16 satmasa


RƏYLƏR