Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Milli komandanın bütün qarşılaşmaları önəmlidir” ​- Yurçeviç

“Milli komandanın bütün qarşılaşmaları önəmlidir” ​- Yurçeviç

Tarix: 9 Oktyabr 2019 00:16

“Səfərimiz yaxşı keçdi. Amma ümumilikdə, ilk dəfədir ki, heyətlə bağlı bu qədər ciddi problemlərimiz var. 3 futbolçumuz cəzalı durumdadır, 2 futbolçumuzun zədəli olması bəlli idi, son anda isə məlum oldu ki, Qara Qarayevin də zədə ucbatından sabahkı oyunu buraxacağı ilə bağlı ehtimal yüksəkdir. Bununla belə, Bəhreyn yığması ilə yoldaşlıq oyununun Macarıstan millisinə qarşı keçirəcəyimiz qarşılaşmanın qlobal mənada testi, yoxlaması olduğunu düşünmürəm".

Qol.az-ın məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Nikola Yurçeviç “Bəhreyn Milli Stadionu”nda Bəhreyn yığması ilə yoldaşlıq oyunu öncəsi brifinqdə deyib.

"Bu oyun bəzi futbolçularımızın müxtəlif aspektlərdən nə dərəcədə hazırlıqlı olmasını müəyyənləşdirmək baxımından bizim üçün vacibdir. Təbii ki, daha çox Macarıstan millisi ilə keçirəcəyimiz oyun barədə düşünürük. Hava şəraitinin, yüksək temperaturun bizim üçün problem yarada biləcəyini ehtimal etmirəm. İndiki halda iqlim şərtləri futbolçuların xarakter göstərməsi baxımından əhəmiyyət kəsb edir. İstənilən halda, milli komanda səviyyəsində əhəmiyyətsiz oyun olmur. Yoldaşlıq və ya seçmə mərhələ oyunu olmasından asılı olmayaraq, milli komandanın bütün qarşılaşmaları önəmlidir”.

 


Etiketlər:  Milli komandanın bütün qarşılaşmaları önəmlidir Yurçeviç


RƏYLƏR

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




Populyar Xəbərlər

XƏBƏR LENTİ